UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, namizədlər arasında "Atletiko"nun forvardı Aleksandr Sörlot, "Qalatasaray"ın ulduzu Viktor Osimhen, "Budo-Qlimt"in üzvü Yens Petter Hauqe və "Real"ın yarımmüdafiəçisi Orelyen Tçuameni yer alıb.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşdiriləcək.