RU

42 milyonluq səhifə Azərbaycanla bağlı paylaşım etdi - FOTO

Bakıdakı Dövlət Bayrağı Meydanının görüntüləri milyonlarla izləyicisi olan "Pubity" səhifəsində paylaşılıb.

Milli.Az xəbər verir ki, videoda bayraq dirəyinin tarixi və texniki xüsusiyyətləri barədə məlumat verilib və onun 50 mərtəbəli binadan daha hündür olduğu vurğulanıb.

2010-cu ildə inşa edilən 162 metrlik dirək vaxtilə "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən hündür  bayraq dirəyi kimi daxil edilib. Bayrağın ölçüsü 70x35 metr, çəkisi isə təxminən 350 kiloqram olub.

Sonradan rekord Səudiyyə Ərəbistanı və Misirdə yenilənsə də, 2024-cü ildə aparılan yenidənqurmadan sonra dirək təxminən 191 metrə çatdırılıb və 36x72 metrlik bayraqla yenidən dünya liderləri sırasına daxil olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
17
5
milli.az

6Источники