RU

"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı

İnşaat fəaliyyətlərilə məşğul olan "Kristal Bakı" ASC 2024-cü ili 3 milyon 278 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Kristal Bakı" şirkətinin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 12 milyon 175 min manat və ya  4,7 dəfə azalıb. Qeyd edək ki, "Kristal Bakı" layihələri üzrə 2024-cü ildən daha böyük məbləğdə gəlir əldə etməyə başlayıb. 

Marja.az xəbər verir ki, "Kristal Bakı" şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə cəmi 52 min manata yaxın ikən, 2024-cü ildə 58 milyon 376 min manata yüksəlib. Beləliklə, Şirkətin əsas əməliyyat gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 1100 dəfədən çox artıb.

2024-cü ildə "Kristal Bakı" ASC-nin cəmi gəlirləri 67 milyon 986 min manat, cəmi xərcləri 72 milyon 81, vergidən əvvəlki zərər 4 milyon 95 min manat təşkil edib.

Qeyd edək ki, "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).

Əlavə edək ki, Bakıda Nərimanov metro stansiyası yaxınlığında inşa edilən nəhəng yaşayış kompleksi olan “City Garden” "Kristal Bakı” ASC-yə məxsus layihədir. 

Kristal Bakı ASC Kristal Bakı maliyyə hesabatı Kristal Bakı xalis zərər Kristal Bakı gəlir artımı tikinti şirkəti maliyyə nəticələri Azərbaycan tikinti sektoru 2024 maliyyə göstəriciləri 2023 maliyyə müqayisəsi əməliyyat gəlirlərinin artımı tikinti layihələri gəlirliliyi Bakıda yaşayış kompleksləri Nərimanov metro stansiyası yaxınlığı layihə Bakı
Избранный
42
1
marja.az

2Источники