İsrailin baş prokuroru Qali Baharav-Miara "məxfi sənədlərin sızdırılması" işi üzrə ifadə vermək üçün Baş nazir Benyamin Netanyahunu məhkəməyə çağırmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahunun ifadəsinin tarixi hələ müəyyən edilməyib.
Netanyahunun baş müşaviri Tzaçi Bravermana qarşı Bild qəzetinə məxfi sənədlərin sızdırılması ilə bağlı istintaqa mane olmağa cəhd etməkdə şübhəli bilinərək açılan işdə Netanyahu ifadə verəcək və məlumatların onun ofisindən necə əldə edildiyi ilə bağlı sualları cavablandıracaq.
İsrail Baş Prokuroru dünən polisə Netanyahunu dindirilmək üçün çağırmaq səlahiyyəti versə də, məxfi məlumatların sızdırılmadan əvvəl necə əldə edildiyi ilə bağlı məxfilik əmri qüvvədə qalır.
Netanyahunun baş müşaviri Braverman, xarici mediaya gizli sənədlərin sızdırılması ilə bağlı istintaqa mane olmaqda şübhəli bilinərək saxlanılıb.
Aytən Yaşar/ Turkustan.az