RU

Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilir

“Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyini və regional layihələr çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla vurğuladıq. İşgüzar əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin perspektivlərini, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlığın gündəliyində olan prioritet məsələləri nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Избранный
15
3
vergiler.az

4Источники