Azərbaycanın rayon və şəhərlərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir, ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda da bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə və gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy və Göygöl rayonlarında da arabir yağıntılı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi güclənəcək. Havanın temperaturu gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda da bəzi yerlərdə arabir yağıntılı hava, qar yağacağı gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi ehtimal olunur. Arabir duman olacaq, şərq küləyi güclənəcək. Temperatur gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal edilir. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, axşam ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, axşam saatlarında qara keçəcəyi ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda da bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, axşam qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlıq ərazilərdə isə gecə və gündüz 0-3° isti olacaq.
Telegram kanalımız