RU

Azərbaycan banklarının faiz xərcləri 166 milyon manata çatıb

2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz xərcləri 165,7 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,5 milyon manat, yəni 23,5% artım deməkdir.

Bankların faiz xərclərinin artımında əsas rolu depozitlər üzrə faizlər oynayıb. Bu maddə üzrə xərclər bir ildə 16,9 milyon manat (16,8%) artaraq 117,7 milyon manata çatıb. Bu xərclərin böyük hissəsi – 95,4 milyon manatı – müddətli depozitlərin payına düşüb ki, bu da illik 48,2 milyon manat yəni iki dəfədən çox artım deməkdir.

Bankların maliyyə sektorundan cəlb etdiyi vəsaitlər üzrə xərcləri də 13,1 milyon manat (65,5%) artaraq 33,1 milyon manat olub.

Xatırladaq ki, 2025-ci ilin fevralın 1-nə bankların cəmi faiz xərcləri 134,2 milyon manat, o cümlədən depozitlər üzrə faizlər isə 100,8 milyon manat idi.

Избранный
14
fed.az

1Источники