ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Balakən rayonunda 1989-cu il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.Cəlilin anası Almaz yaşadığı evdə olduqları zaman qonşularından musiqi səsini eşidib və Cəlilin həmin yerdə ola biləcəyini düşünüb. Almaz Cəlili çağırmaq üçün həmin evə gedib. Bu zaman qadın Cəlilə evə gəlməsini bildirib. Almaz evə qayıtdıqdan təxminən 30 dəqiqə sonra Cəlil sərxoş vəziyyətdə evə gəlib və anası ilə mübahisə etməyə başlayıb. Bundan sonra Cəlil Almazın etdikləri barədə onunla qonşu yaşayan qardaşı Elmana deməsi üçün onun yaşadığı həyətə gedib. Cəlil qardaşını evdən çağırdığı zaman Almaz da həmin həyətə gəlib.
Bu zaman yenidən Almazla Cəlilin arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəlil anasını yerə yıxaraq başına bir neçə dəfə yumruqla vurub. Bunu görən Elman araya girərək Cəlilı anasından ayırıb. Həmin zaman Cəlil qardaşının sifət nahiyyəsindən bir dəfə yumruqla vurub. Bu vaxt onlar bir-birilərini itələməyə başlayıblar. Cəlil kənarda olan odun parçasını götürərək Elmanı vurmaq istəyib. Amma Elman odun parçasını tutmaq istədiyi üçün odun parçası onun sol əlinə dəyib. Nəticədə Elman xəsarət alıb. Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Cəlil özünü təqsirli bilib. İfadəsində göstərib ki, Balakən rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: “Bizimlə birgə anam da yaşayır. Yaşadığım ev ilə yanaşı qardaşı Elman öz ailəsi ilə qalır. Hadisə günü gündüz saatlarında qonşuya getdim. Orada tanışlarım ilə yeyib-içdik, spirtli içki qəbul edərək sərxoş olduq. Həmin gün saat 17 radələrində anam olduğum yerə gələrək məni evə çağırdı və sərxoş olduğum üçün bundan bərk əsəbləşdim. Çünki tanışlarımın yanında anamın arxamca gəlməsi xoşuma gəlmədi. Anam evə getdikdən təxminən 30 dəqiqə sonra evə qayıtdım. Yaşadığım həyətə çatdığım zaman anam ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı küçəyə getdim, sonra Elmanın həyətinə gedərək onu çağırdım. Elmana anamın etdiklərini demək istədim. Həmin zaman anam da arxamca gəldi. Orada anam yenə mənə acıqlandığı zaman aramızda mübahisə yarandı. Əsəbiləşərək anamı itələdiyi zaman o, yerə yıxıldı. Sonra anama olan əsəbindən onun başına bir neçə dəfə yumruq vurdum. Həmin zaman evdən çölə çıxan qardaşım yanımıza gələrək məni anamdan ayırdı. Qardaşım məni təhqir etdi. Bundan bərk əsəbiləşərək qardaşımın dodaq nahiyəsindən bir dəfə yumruqla vurdum. Sonra Elmanla tutaşdığımız zaman anam ayağa qalxaraq məni ondan ayırdı. Mənim isə hələ də qardaşıma əsəbim oldu. Həmin səbəbdən kənarda olan odun parçasını götürərək onu vurmaq istədiyi zaman odun parçasını tutmaq istədi. Buna görə də odun qardaşımın əlinə dəydi”.Balakən Rayon Məhkəməsinin hökmü ilə Cəlil 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə Balakən rayonunun kəndindəki evini cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməsi, həmçinin Balakən rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməsi tapşırılıb.Qeyd edək ki, Cəlil bundan əvvəl 2023-cü ildə də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham edilib və həmin dövrdə Balakən Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.Həmin hökmdən məlum olur ki, Cəlil həyat yoldaşı Xəyaləyə xəsarət yetirib. Cəlil arvadına xəsarət yetirməsi ilə bağlı başlanan cinayət işi üzrə izahatında göstərib ki, Xəyalə ilə 2016-cı ildə ailə qurub:“Məlum hadisə günü saat 23 radələrində fəhlə işlədiyim yerdən evə gəldim və evdə olduğum zaman qardaşımın qaynanası ilə telefonla danışdım. Telefon danışığını bitirdikdən sonra Xəyalə mənə pis yola düşdüyümü dedi. Bu zaman ona qohumlarım ilə danışdığımı söylədim. Cavabımda Xəyalə mənə qardaşımın qaynanası ilə deyil, başqa biri ilə danışdığımı bildirdi. Bununla bağlı aramızda mübahisə yarandı. Sonra kontur almaq üçün evdən həyətə çıxdım”.Cəlil qeyd edib ki, bu zaman Xəyalə pis yola getməsini deyərək ağlayıb və cavabında ona kontur alaraq qayıdacağını deyıb: “Buna baxmayaraq, Xəyalə qışqıra-qışqıra ağladığı üçün əsəbləşdim. Geri qayıdaraq Xəyalənin sifətindən bir dəfə şillə ilə vurdum. Nəticədə o, yerə yıxıldı. Xəyalə yıxıldıqdan sonra onun belindən də bir neçə dəfə təpiklə vurdum”.Xəyalə isə izahatında hadisə zamanı Cəlilin içkili olmasını, onun yanında hansısa qadınla telefonda danışmasını, bu zaman Cəlilə yanında nəyə görə qadınla danışdığını barədə irad bildirməsini deyib.
Onun ifadəsinə görə, Cəlil ona heç bir söz demədən evdən həyətə düşüb, o da həmin vaxt ağlayıb.Daha sonra Cəlil geri qayıdaraq arvadından niyə görə ağladığının səbəbini soruşub. Xəyalədə cavabında Cəlilə başqa qadınla danışdığı üçün ağladığını bildirib. Bu zaman onların arasında mübahisə sonda cinayətlə nəticələnib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.