Bakı, 26 fevral, AZƏRTAC
2026-cı ilin yanvar ayında ölkədən 5 milyon 264,44 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz azdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 11,7 faiz azalaraq 6 milyon 528,75 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 7 milyon 397,65 min dollar dəyərində yəni, 8 milyon 48,93 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Hesabat dövründə, Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi 16 faiz azalaraq 87 milyon 834,47 min ton olub. İdxal olunan məhsulun dəyəri isə 1,73 faiz azalaraq 98 milyon 673,53 min dollar təşkil edib.