RU

Ərdoğan "Qalatasaray"ı zəng edib təbrik etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasında "Yuventus"u məğlub edərək 1/8 finala yüksələn "Qalatasaray"ı təbrik edib.

Milli.Az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan İtaliyanın Turin şəhərindəki Allianz stadionunda "Yuventus"la oyundan sonra "Qalatasaray" rəsmiləri ilə telefonla danışıb:

"Qalatasaray" növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox böyük bir nailiyyətdir. Ən xoş arzularımı çatdırıram" .

Prezident Ərdoğan futbolçu Barış Alper Yılmaza da "53 nömrəsi ilə lazım olanı etdin. Əla iş. Gözlərindən öpürəm" deyib.

Milli.Az

Избранный
21
milli.az

1Источники