RU

Cənubi Koreyada seriyalı qatil həbsindən sonra gözəlliyi ilə məşhur olub - FOTO

Cənubi Koreya polisi bir neçə gənc kişini öldürən 20 yaşlı seriayalı qatili həbs edib.

Qaziler.az bildirir ki, bu barədə “Mothership” məlumat yayıb.

Kim adlı qadın 2025-ci ilin dekabrı ilə 2026-cı ilin fevral ayları arasında üç kişinin içkisinə sakitləşdirici qarışıq əlavə edib.

İlk qurban iki gün komada olsa da, sağ qalıb. Lakin həkimlər digər iki kişini xilas edə bilməyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbs olunan qadının kimliyini açıqlamayıb, lakin internet istifadəçiləri onun onlayn profilini tapıblar. Bundan dərhal sonra koreyalı qadın məşhurlaşıb. Belə ki, sosial mediada kişilər ona sevgilərini bildirməyə və onun cinayətkar olmaq üçün çox gözəl olduğunu iddia etməyə başlayıblar.

Təxminən 200 izləyicisi olan Kimin hesabı bir neçə gün ərzində 10.000-dən çox yeni izləyici qazanıb. Bu arada, müstəntiqlər onun ölümcül qarışıqların necə hazırlanacağı barədə təlimatları internetdə axtardığına dair dəlillər tapıblar. Onun cinayətlərinin motivi hələ də məlum deyil.

QAZİLER.AZ

Избранный
19
qaziler.az

1Источники