RU

Ukrayna üzrə üçtərəfli görüş təxirə salındı


Vaşinqton, Kiyev və Moskvanın iştirak etdiyi Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə üçtərəfli görüş təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat verib.
Onun sözlərinə görə, görüşün martın əvvəlinə qədər təxirə salınması qərara alınıb.
Mənbə hazırda görüşün yerinin razılaşdırıldığını əlavə edib.
Başqa bir mənbə isə bildirib ki, Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə üçtərəfli danışıqların növbəti mərhələsi Cenevrədə baş tutmaya bilər.
“Bu, başqa bir ərazi də ola bilər. Hələlik heç bir qərar verilməyib”, - mənbə qeyd edib.
Müzakirə Əbu-Dabidə danışıqların aparılması ehtimalı ilə bağlıdır.
Избранный
20
yeniavaz.com

1Источники