RU

Azərbaycan Qlobal Ekologiya Fondunun VIII Assambleyasında iştirak edəcək



31 may - 6 iyun 2026-cı il tarixlərində Səmərqənd şəhərində ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ən böyük beynəlxalq tədbirlərdən biri olan Qlobal Ekologiya Fondunun (QƏF) VIII Assambleyası keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi Komitəsinin mətbuat xidməti məlumat verib.

Assambleya 180-dən çox ölkənin, beynəlxalq təşkilatların, maliyyə qurumlarının, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir. Müzakirələr iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, torpaqların deqradasiyası ilə mübarizə, su ehtiyatlarından səmərəli istifadə və “yaşıl” iqtisadiyyata keçid mövzularına yönələcək. Tədbir zamanı ikitərəfli görüşlər və transsərhəd ətraf mühit məsələləri ilə bağlı birgə qərarların qəbul edilməsi də gözlənilir.

Qeyd edək ki, Qlobal Ekologiya Fondunun (QƏF) VIII Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Assambleyanın bundan əvvəl Kanadanın Vankuver şəhərində keçirilən 7-ci iclasında da Azərbaycan təmsil olunub.

Süleyman
Избранный
94
1
newscenter.az

2Источники