RU

Yemək qorxusu və ya Sibofobiya nədir?

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

“Maraqlı və qəribə fobiyalar arasında yer alan sibofobiya vaxtaşırı meydana gələ bilən müəyyən yemək və ya içkidən qorxma, fobiyasıdır. Sibofobiyavə ya sitiofobiya yemək mənasını verən latın mənşəli olub, “cibo” sözündən gəlir. Alimlərin fikrinə görə, fobiyaların əksəriyyəti (məsələn, xoşbəxtlik fobiyası və digər fobiyalar) xarici və ya daxili səbəblərə əsaslanır. Başqa sözlə, qorxular daha çox travmalardan qaynaqlanır və ya bunun da səbəbi genetik faktorlardır. Sitofobiya və ya sibofobiya olaraq adlandırılan yemək fobiyasında insan yanlış məlumat öyrənə, ona inana və nəticədə yeyib-içməkdən qorxa bilər. Məsələn, bir adam pomidorun çeynəmə səhvinə görə zəhərli olduğunu eşidir, buna inanır, pomidoru yeməkdən, hətta pomidora yaxınlaşmaqdan imtina edir və qorxur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq qida fobiyasının əlamətləri haqqında məlumat verərək qeyd edib ki, qida fobiyasının simptomları insandan insana və fobiyanın dərəcəsindən asılı olaraq dəyişə bilər. Bununla belə, əksər fobiyalarda olduğu kimi, tez-tez narahatlıq, gərginlik, ürək döyüntüsü, nəfəs darlığı, tərləmə və ürəkbulanma əlamətləri müşahidə olunur. Müsahibimiz fobiyalara necə qalib gəlməyin yollarını da izah edərək bildirib ki, fobiyanın necə meydana gəldiyi sualı burada soruşulacaq ilk şey ola bilər. Bir fobiyanın meydana gəlməsinin səbəbi həm də həllini gətirə bilər. Daha çox travma nəticəsində yaranan fobiyaların irsi və ətraf mühit faktorlarına əsaslandığı düşünülür.

“fobiyaların aradan qaldırılması üçün terapiya mütləq lazımdır. Hətta hər kəsə zərərsiz görünən kitab yığma fobiyası belə müalicə edilmədikdə həm insana, həm də cəmiyyətə zərər verə biləcək bir fobiyadır. Hipnoterapiya, psixoterapiya, koqnitiv terapiya, NLP və digər terapiyalardan istifadə edilərək psixoloqun dəstəyilə fobiyalardan qurtulmaq olar. Bu zaman şəxs üçün uyğun bir terapiya üsulu seçilir və fobiyanın niyə meydana gəldiyinə diqqət yetirilir. Daha sonra təyin olunan müalicə kursuna uyğun olaraq proses davam edir. Yalnız düzgün müalicədən sonra fobiyalara son deyəcəksiniz”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
sesqazeti.az

2Источники