
ABŞ administrasiyası İrana qarşı mümkün hərbi əməliyyat variantlarını müzakirə edir.
Missiya.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri İsrailin əvvəlcə İrana hücum etməsini daha məqsədəuyğun hesab edirlər.
Onların fikrincə, belə bir ssenari Vaşinqtonun mümkün hərbi müdaxiləsi üçün daha əlverişli vəziyyətə gətirə bilər.
Məlumata görə, İsrailin hücumu İrandan cavab zərbəsi ilə nəticələnərsə, bu, ABŞ-nin hərbi əməliyyatına dəstəyi artıra bilər.
Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində belə bir yanaşma mövcuddur ki, əgər israillilər əvvəlcə hərəkətə keçsələr və İran cavab versə, siyasi vəziyyət dəyişə bilər.
Qeyd olunub ki, hazırda Ağ Ev İranın nüvə obyektləri və ballistik raket infrastrukturuna yönəlmiş mümkün hərbi variantları dəyərləndirməyə davam edir.
Daşqın HəsənovMissiya.Az