BAKI, 26 fevral. TELEQRAF
Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.
Teleqraf ın xəbərinə görə, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.
Nuray Muxtarovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil kəsişmədə başqa bir avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan Nuray Muxtarova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, Nuray Muxtarova Space TV-də çalışan aparıcı Humay Muxtarovanın qızıdır.