RU

Papa keşişlərə: Moizələri Sİ ilə hazırlamayın

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vatikan mətbuatının yaydığı xəbərə görə, Papa bu barədə keşişlər qarşısında çıxışında danışıb. O bu məsələni insan bədəninin funksiyalarına bənzədib: "Bədəndəki əzələləri lazımınca işlətməsək, onlar atrofiyaya uğrayırlar. Bu mənada beynin də hərəkəti vacibdir. Beynimizin kiçilməyinin qarşısını almaq üçün zəkamızı mütəmadi gücə salmalı, sınamalıyıq". Papanın sözlərinə görə, dini təbliğat şəxsi imanın görəcəyi işdir: "Süni intellekt imanı qətiyyən paylaşa bilməyəcək. Eyni zamanda, ümumilikdə internetin aldadıcı illüziyaları da sizi çaşdırmamalıdır. İnternetdə bəyənmələrin, izləyicilərin ardınca düşmək sizi əsl işinizdən, xidmətinizdən yayındırır". Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azvision.az

2Источники