“Boşaldılan efir vaxtları analitik müzakirə proqramları, real problemlərin həlli formatları, sahibkarlıq və iqtisadi maarifləndirmə verilişləri, səhiyyə və hüquq izahları, eləcə də peşəkar debat platformaları ilə doldurulsa, həm tamaşaçı faydalı və dəyərli informasiya əldə edər, həm televiziyalar daha keyfiyyətli auditoriya və stabil reklam bazası qazanar, həm cəmiyyət intellektual olaraq güclənər, həm də peşəkar bilik və təcrübə real ictimai dəyərə çevrilər”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Hətta iqtisadi mövzulu verilişlərin hazırlanması ilə bağlı müraciət olunarsa, formatın qurulması, məzmunun formalaşdırılması və ümumi konsepsiya üzrə tövsiyə və konsultativ dəstək verməyə, həmçinin prosesdə iştirak etməyə hazıram. Təki, cəmiyyətimiz üçün efir etik çərçivəyə uyğun, mənəvi mühiti zədələməyən və dəyər yaradan bir məkan olsun”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN