RU

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lody brendi valideynlər üçün yeni sosial-rəqəmsal təşəbbüs olan “Ulduz Körpəm” kampaniyasına start verir. Kampaniya lody.az platforması üzərindən həyata keçirilir və 0–5 yaş arası uşaqların foto və ya maksimum 60 saniyəlik video-materiallarının paylaşılması əsasında qurulub. İştirakçılar kampaniya müddətində toplanan ulduzların (səslərin) nəticələrinə görə sıralanır, ən yüksək nəticə göstərən ilk 5 iştirakçı qalib seçilərək mükafatlandırılır.Qaliblər və hədiyyələrSəsvermə nəticələrinə əsasən ən çox bəyənmə toplayan ilk 5 iştirakçı qalib seçiləcək:1-ci yer: Uşaq və valideyn(lər) üçün Türkiyə səyahəti (təşkilatçı tərəfindən təşkil olunur)2/3-cü yerlər: Milk Bar restoranında 2 nəfərlik şam yeməyi4/5-ci yerlər: Global Selfcare hədiyyə səbətiQaliblər Xəzər TV studiyasına dəvət edilə bilər. Valideyn yüklənən materialların kampaniya çərçivəsində emalına və Lody-nin reklam/sosial media platformalarında, eləcə də Xəzər TV-də istifadə və/yaxud yayımlanmasına razılıq verir.“Ulduz Körpəm” kampaniyası ailələrin gündəlik həyatından ən səmimi anları bir araya gətirməyi, valideyn ünsiyyətini gücləndirməyi və Lody brendinin “Anaların Ağıllı Seçimi” yanaşmasını ictimaiyyətə daha geniş formatda təqdim etməyi hədəfləyir.Kampaniyanın tarixləriQeydiyyat və yükləmə: 23.02.2026 – 16.03.2026Səsvermə: 16.03.2026 – 06.04.2026Qaliblərin elan edilməsi: 06.04.2026İştirak qaydasıValideyn lody.az saytına daxil olaraq uşağın foto və ya maksimum 60 saniyəlik videosunu yükləyir, uşağın adını və valideynin əlaqə nömrəsini qeyd edir. Hər bir uşaq üçün yalnız bir müraciət qəbul olunur. Səsvermə mərhələsində istifadəçilər saytda bəyənmə (like) verə bilərlər. Texniki saxtalaşdırma halları aşkar edilərsə iştirakçı diskvalifikasiya edilə bilər.Lody haqqındaLody körpə və uşaq baxımı kateqoriyasında valideynlərin etibar etdiyi brendlərdən biri olaraq, keyfiyyət və rahatlığı bir araya gətirən məhsul xətti ilə seçilir. Brend, “Anaların Ağıllı Seçimi” yanaşması ilə ailələrin gündəlik ehtiyaclarına uyğun həllər təqdim etməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
demokrat.az

3Источники