RU

Qəbul imtahanından bəzi fənlər çıxarıla bilər AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dünyanın bir çox ölkəsində ali məktəblərə qəbul zamanı abituriyentlərin bilikləri məhz seçdikləri ixtisasa uyğun fənlər üzrə yoxlanılır. İmtahanların daha hədəflənmiş və məhdud sayda fənn əsasında təşkili həm yükü azaldır, həm də erkən ixtisaslaşmanı təşviq edir. Azərbaycanda isə mövcud qəbul mexanizmi daha geniş fənn dairəsini əhatə edir.Mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlər blok imtahanı çərçivəsində əsas fənlərdən imtahan verirlər:“Proqres (buraxılış) imtahanını nəzərə almadan, qəbul əsasən ixtisas qrupları üzrə müəyyənləşdirilmiş fənlər əsasında aparılır. Birinci ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənləri əsasdır. İkinci ixtisas qrupu üzrə tarix, coğrafiya və riyaziyyat vacib fənlər hesab olunur. Üçüncü ixtisas qrupu üzrə Azərbaycan dili, ədəbiyyat, tarix və beynəlxalq münasibətlər istiqaməti üçün coğrafiya mühüm rol oynayır. Dördüncü ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika əsas fənlərdir. Hazırkı model müəyyən mənada beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Lakin qəbul imtahanı əsas meyar kimi qəbul edildiyindən, abituriyentlər bütün fənlər üzrə geniş hazırlıq keçməyə məcbur olurlar”.Ekspert qeyd edib ki, beynəlxalq praktika fərqli modellər təqdim edir:“Məsələn, beynəlxalq səviyyədə SAT və ya A-level sistemi, həmçinin qardaş Türkiyədə tətbiq olunan YKS modeli əsasında qəbul aparılır. Bu sistemlərdə əsasən ixtisasa uyğun fənlər üzrə minimal bilik və bacarıqlar yoxlanılır. Gələcəkdə Azərbaycanda da ixtisas istiqamətinə uyğun olaraq daha zəruri fənlər üzrə minimal biliklərin qiymətləndirilməsi əsasında qəbul modelinin tətbiqi mümkün ola bilər. Bununla yanaşı, fənlərin sayının minimallaşdırılması məsələsi də müzakirə mövzusudur. Lakin bu addımın bəzi istiqamətlərdə təhsil keyfiyyətinə təsiri diqqətlə qiymətləndirilməlidir”.Həmçinin oxu:

Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş

Tolikə yüksək vəzifə verildi

Kartofun yanına niyə alma qoyurlar?Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники