RU

Azərbaycan daima Ukraynanı dəstəkləyir – Politoloq 

“Azərbaycan daima Ukraynanı dəstəkləyir. BMT -də "Ukraynaya davamlı dəstək" bağlı qətnamə qəbul edilib. Azərbaycan səsvermədə iştirak etməyib. Buna görə Azərbaycan tənqid edilə bilməz. ABŞ-də səsvermədə bitərəf qalıb. BMT münaqişələrin həllində təşkilat kimi öz funksiyasını yerinə yetirə bilmir. Beynəlxalq müstəvidə BMT və onun Təhlükəsizlik Şurası yeni dünya təhlükəsizlik çağırışlarına cavab vermir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Azərbaycan artıq ikitərəfli əlaqələrin inkişafına önəm verir:

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ukrayna prezidenti Volodimir Zelenski ilə Prezident İlham Əliyev beynəlxalq təşkilatların forumunda daima görüşür. Telefon danışıqları aparır. Həmçinin Ukraynaya kifayət qədər humanitar yardımlar edir. Göründüyü kimi, Azərbaycan Ukraynanı dəstəkləyir. BMT-də səsvermə artıq öz aktuallığını itirib. Azərbaycan səsvermədə iştirak etməməklə heç də Rusiya amilini nəzərə almayıb. Sadəcə, münaqişə regionlarını neticesi olmayan gündəmə çıxarmada maraqlı deyil. Ukrayna prezidenti və xalqı yaxşı bilir ki, Azərbaycan onları hərhansı bir sənədlə deyil, real və praktik olaraq dəstəkləyir”.

Vasif ƏLİHÜSEYN

Избранный
7
1
adalet.az

2Источники