RU

“Azərbaycan xalqına qoşuluruq” – ABŞ səfirliyi

“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.

NOCOMMENT.az xəbər verir ki, bu, ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımda qeyd edilib.

“ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, – səfirlikdən bildirilib.

Избранный
7
24
nocomment.az

10Источники