RU

Bakıda məşhur tikinti şirkətinin obyektində FACİƏ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır (oxu.az).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
redaktor.az

4Источники