RU

Kim Çen In: Şimali Koreya gizli silah növlərini tətbiq edəcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) qarşıdakı beş il ərzində yeni gizli silah növlərinin hazırlanması və tətbiqi üzərində işləyəcək. Bu silahlar sırasında peyk əleyhinə sistemlər də yer alacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In paytaxt Pxinyanda 19–25 fevral tarixlərində keçirilmiş Koreya İşçi Partiyasının 9-cu qurultayında çıxışı zamanı bəyan edib.

Kim Çen In bildirib ki, KXDR Silahlı Qüvvələrinin hərbi-texniki gücünü dünyada ən yüksək səviyyəyə çatdırmaq məqsədilə partiyanın Mərkəzi Hərbi Komissiyası yeni beşillik plan çərçivəsində ordunun silahlanmasına gizli və xüsusi strateji silahların daxil edilməsini əsas vəzifə kimi müəyyənləşdirib. Onun sözlərinə görə, milli müdafiənin müxtəlif sahələrində hazırlanmış yeni inkişaf planları ciddi şəkildə nəzərdən keçirilib və perspektiv layihələr məsuliyyətlə təsdiqlənib.

Lider qeyd edib ki, planlara qurudan və sualtı platformalardan buraxılan qitələrarası ballistik raket kompleksləri, süni intellekt texnologiyalı pilotsuz zərbə sistemləri, müharibə zamanı düşmən dövlətlərin peyklərini sıradan çıxarmağa yönəlmiş xüsusi silahlar, radioelektron mübarizə vasitələri və müasir kəşfiyyat peykləri daxildir.

Bundan əlavə, qarşıdakı beş il ərzində rəqibləri çəkindirmək məqsədilə hər il əlavə strateji silahların yerləşdirilməsi planlaşdırılır. Xüsusilə 600 mm və 240 mm-lik reaktiv yaylım atəşi sistemləri (RYAS), eləcə də cəmləşdirilmiş hücumların intensivliyini və davamlılığını artırmaq üçün operativ-taktiki raket kompleksləri arsenalın gücləndirilməsinə xidmət edəcək.

Kim Çen In vurğulayıb ki, yeni milli müdafiə planı həyata keçirildikdən sonra ölkənin müdafiə qabiliyyəti misli görünməmiş dərəcədə artacaq və düşmənlərin çata bilməyəcəyi səviyyəyə yüksələcək.

O, həmçinin əlavə edib ki, milli müdafiə və hərbi sənaye sahələrində elmi-tədqiqat işləri davam etdiriləcək, dünya hərbi elminin inkişaf tendensiyaları nəzərə alınmaqla ən müasir silahların kütləvi istehsalı təmin olunacaq və Silahlı Qüvvələrin modernləşdirilməsi sürətləndiriləcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
bizimyol.info

1Источники