RU

Kamçatkada yenə zəlzələ oldu

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Kamçatka sahillərində 6,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

"Maqnituda: 6,5. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 3 bal", - məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ şəhərdən 236 km məsafədə baş verib. Yeraltı təkanların episentri 32,9 km dərinlikdə yerləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
2
modern.az

3Источники