RU

Paşinyan: Artıq sərhəd-keçid məntəqələrimizə Rusiya nəzarət etmir

BAKI, 26 fevral. TELEQRAF

“2024-cü ilə qədər sərhəd-keçid məntəqələrinin əksəriyyəti Rusiyanın nəzarəti altında idi, orada rus sərhədçiləri dayanırdı. Məsələn, beynəlxalq hava limanımızda. Amma hazırda Ermənistanın bütün sərhəd-keçid məntəqələri Ermənistan sərhədçiləri tərəfindən nəzarətdə saxlanılır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əlbəttə, oradakı fəaliyyətlərinə görə Rusiyaya minnətdarıq. Müstəqilliyimizin ilk illərində, 1990-cı illərin əvvəllərində biz bu cür xidməti göstərmək imkanına malik deyildik. Amma hazırda bu imkanımız var və potensialımızı inkişaf etdiririk. Rusiya hərbi bazasına gəlincə, onun mövcudluğu ilə bağlı hansısa plan, proqram və ya narahatlığımız yoxdur”, - o bildirib.

Nikol Paşinyan Ermənistanın Rusiya ilə sıx tərəfdaş olduğunu qeyd edib.

Избранный
9
teleqraf.com

1Источники