RU

Gürcüstan Ukrayna vətəndaşları üçün vizasız qalma müddətini uzadıb

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kobaxidze vizasız qalma müddətini bir ildən iki ilə qədər uzatmaq barədə fərman imzalayıb

Gürcüstan hökuməti Ukrayna vətəndaşları üçün vizasız qalma müddətini bir ildən iki ilə qədər uzatmaq qərarına gəlib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, ölkənin Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanan fərman 24 fevralda qüvvəyə minib və 24 fevral 2025-ci ildən sonra Gürcüstana daxil olanlara şamil edilir.

"Vətəndaşlarının Gürcüstana vizasız daxil ola biləcəyi ölkələrin siyahısının təsdiq edilməsi haqqında" fərmana əsasən, 24 fevral 2025-ci il tarixindən əvvəl Gürcüstana daxil olan Ukrayna vətəndaşları 24 fevral 2027-ci il tarixinə qədər Gürcüstanda vizasız qalmaq hüququna malikdirlər.

Əvvəlcə Ukrayna vətəndaşlarına bir illik vizasız qalma hüququ verilirdi. 2023-cü ildə hakimiyyət orqanları bu müddəti iki ilə, 2024-cü ildə isə üç ilə qədər uzadıb. 2025-ci ildə vizasız qalma müddəti yenidən bir ilə endirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
ayna.az

1Источники