RU

Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır - Ceyhun Bayramov

Bu günün reallığı ondan ibarətdir ki, artıq Qarabağa həyat qayıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

C.Bayramov qeyd edib ki, son beş ildə Azərbaycan xalqı Xocalı soyqırımını və qurbanlarını anarkən eyni zamanda artıq əzəli torpaqların işğaldan azad etməsini də xatırlayır.

"Çünki bu gün artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağa həyat qayıdır, Qarabağda bərpa-quruculuq işləri həyata keçirir.

Biz yaxşı bilirik ki, Xocalıdan öncə də bir çox yaşayış məntəqələrimizdə buna oxşar qətliam və qırğınlar baş verib. Bu düşünülmüş, etnik nifrət əsasında qurulmuş siyasətin tərkib hissəsi idi. Xocalı faciəsi isə Azərbaycan üçün miqyasına görə ən böyük faciə sayılırdı. Həmin faciədə tamamilə günahsız mülki şəxslər - qadınlar, uşaqlar, qocalar var idi".

Избранный
17
4
bakivaxti.az

5Источники