RU

Botoks vurulan dəvələr gözəllik müsabiqəsindən kənarlaşdırıldı

Yazını böyüt
Yazını kiçilt

Omanda keçirilən dəvəl'rin gözəllik müsabiqəsində 20 heyvan yarışdan kənarlaşdırılıb. Buna səbəb dəvələrdə kosmetik prosedur izlərinin aşkarlanması olub.

Hafta.az xəbər verir ki, bu barədə yarış təşkilatçıları və yoxlamada iştirak edən baytar mütəxəssislər açıqlama veriblər.

Dəvə gözəllik müsabiqələri Fars körfəzi ölkələrində geniş yayılıb və bədəvilərin mədəni irsinin mühüm hissəsi hesab olunur. Bu cür tədbirlərdə minlərlə heyvan iştirak edir, mükafat fondu isə milyonlarla dollara çatır. Bu da yetişdiricilər arasında rəqabəti daha da gücləndirir.

Təşkilatçıların məlumatına görə, Maskatda keçirilən yarışlarda bəzi dəvə sahibləri üstünlük qazanmaq üçün qadağan olunmuş müdaxilələrə əl atıblar. Belə ki, dəvələrdə dodaqların böyüdülməsi məqsədilə botoks inyeksiyaları, üz ifadələrinin dəyişdirilməsi üçün miorelaksantlar, eləcə də hürgüclərin formasını düzəltmək üçün silikon və mum doldurucular aşkar edilib.

Qeyd olunub ki, dəvələrin xarici görünüşünün süni şəkildə yaxşılaşdırılmasının istənilən forması qaydalara ziddir və saxtakarlıq kimi qiymətləndirilir./"Daily Mail"/

Избранный
28
1
hafta.az

3Источники