RU

Çempionlar Liqası: Növbəti mərhələdə bu komandalar mübarizə aparacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 4:1 / İlk oyun - 0:2

PSJ (Fransa) - "Monako" (Fransa) 2:2 / İlk oyun - 3:2

"Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) 3:2 / İlk oyun - 2:5

"Real" (İspaniya) - "Benfika" (Portuqaliya) 2:1 / İlk oyun - 1:0

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Atletiko" (İspaniya), "Bayer 04" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

Bundan əvvəl turnirin ümumi mərhələsinin nəticələrinə əsasən, "Arsenal", "Bavariya", "Liverpul", "Tottenhem", "Barselona", "Çelsi", "Sportinq" və "Mançester Siti" birbaşa 1/8 finala çıxmışdı.


Telegram kanalımız
Избранный
6
5
yenisabah.az

10Источники