RU

İdman rejiminə bir həftədən çox sadiq qalmağın yolları: Mütəxəssis tövsiyələri

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çoxumuz böyük həvəslə idmana başlayırıq, lakin bir həftə keçməmiş motivasiyamız sönür. Mütəxəssislər bildirirlər ki, idmanı müvəqqəti bir həvəs deyil, uzunmüddətli vərdişə çevirmək üçün iradə gücündən daha çox "ağıllı planlama" lazımdır.

Milli.Az xəbər verir ki, ilk gündən saatlarla idman zalında vaxt keçirmək bədəni və beyni yorur. Həftədə 3 gün, cəmi 20-30 dəqiqəlik məşqlərlə başlamaq, vərdişin beyində möhkəmlənməsinə kömək edir.

Sırf başqaları etdiyi üçün deyil, özünüz üçün bir səbəb tapın (məsələn: daha enerjili olmaq, bel ağrılarından qurtulmaq). Səbəbiniz nə qədər şəxsi olsa, davamlılıq ehtimalınız o qədər artar.

Əgər qaçmağı sevmirsinizsə, özünüzü buna məcbur etməyin. Rəqs, üzgüçülük, tennis və ya sadəcə sürətli yürüş - seçdiyiniz idman növü sizə zövq verməlidir.

İdman çantanızı bir gün əvvəldən hazırlayın. Ən uyğun vaxtı (səhər və ya axşam) seçin və həmin saatı özünüz üçün "müqəddəs görüş" kimi təyin edin.

Bir gün məşqi qaçırdınızsa, "hər şey bitdi" deyib imtina etməyin. Ertəsi gün qaldığınız yerdən davam etmək vərdişin ən mühüm hissəsidir.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
news.milli.az

10Источники