RU

Saçları qaynar su ilə yumağın fəsadları Dermatoloq xəbərdarlıq edir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Saçları qaynar su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər".

Oxu.Az xəbər verir ki, bu barədə braziliyalə dermatoloq Sintiya Gedes "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, qaynar su dərinin qoruyucu funksiyasını yerinə yetirən təbii yağ qatını (sebumu) həddindən artıq parçalayır. Nəticədə epidermisdə (dərinin üst qatı) quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis bildirib ki, saçları qaynar su ilə yumaq "geridönüş effekti"nə də səbəb ola bilər. Belə ki, dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox yağ ifraz etməyə başlayır. Bu isə baş dərisinin daha tez yağlanmasına gətirib çıxarır.

Bundan əlavə, saçların hər gün qaynar su ilə yuyulması kəpək problemini daha da kəskinləşdirə bilər. Buna görə də dermatoloq saçların yuyulması zamanı yalnız ilıq və ya sərin sudan istifadə etməyi tövsiyə edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
2
oxu.az

3Источники