RU

Ukrayna müzakirələri üzrə növbəti raund təxirə salındı

BAKI, 26 fevral. TELEQRAF

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı planlaşdırılan üçtərəfli görüş növbəti ayın əvvəlinə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş martın əvvəlinə təyin olunub. Daha əvvəl isə Ukrayna üzrə üçtərəfli formatda danışıqların gələn həftə davam etdiriləcəyi bildirilmişdi.

Növbəti raundun dəqiq tarixi ilə bağlı əlavə məlumat verilməyib.

Избранный
14
teleqraf.com

1Источники