RU

“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi

style='margin-bottom:10px;'>

Təbrizin “Traktor” klubu İran Futbol Federasiyasından FİFA-ya şikayət edib.

QOL.az xəbər verir ki, bu barədə klub sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Cənubi Azərbacan klubu rəsmi şikayətini üç ayrı bölmə üzrə FİFA-nın baş katibinə göndərib. İdarə heyəti üzvlərinin imzası ilə tərtib olunaraq qeydiyyata alınan bu şikayət aşağıdakı istiqamətləri əhatə edir:

1. Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.

2.“Traktor” klubuna və onun milli komanda üzvü olan oyunçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.

3. ərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.

Qeyd edək ki, klub sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Избранный
10
1
teleqraf.com

2Источники