RU

Krit adası yaxınlığında qayıq qəzasında 21 misirli həlak oldu

Bakı. Trend:

Qeyri-qanuni mühacirləri aparan qayığın Krit adası yaxınlığındaçevrilməsi nəticəsində 21 Misir vətəndaşı həlak olub. Yunanıstanatərəf üzən qayıqda ümumilikdə 50 nəfər olub.

Trend xəbər verirki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilir ki, batan şəxslərin üçünün meyiti sudan çıxarılıb.Qalanların axtarışı davam edir.

Qeyd olunur ki, bu, son iki ay ərzində misirli qeyri-qanunimühacirlərin ölümü ilə nəticələnən ikinci hadisədir. Dekabrda başvermiş oxşar hadisədə 14 misirli həlak olmuşdu.

Misir tərəfi itkin düşənlərin axtarışlarının sürətləndirilməsibarədə göstəriş verib. Misirin Afinadakı səfirliyindən bildirilibki, qayıq qonşu dövlətlərdən birindən Yunanıstana istiqamətalıbmış.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2026-cı ilinəvvəlindən Aralıq dənizində oxşar hadisələr nəticəsində 600-dən çoxmühacir həyatını itirib.

Избранный
40
5
az.trend.az

7Источники