Bakı. Trend:
Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə buyaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.
Trend-inməlumatına görə, Zelenski bu barədə öz "Telegram" kanalındayazıb.
“Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. SöhbətəTrampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner dəqoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütünsəylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cürcəlb olunduqlarına görə təşəkkür etdim.
Biz həmçinin PURL proqramıa böyük dəyər veririk. Bu qış Ukraynaüçün ən çətin qışdır, lakin ABŞ-dən ala biləcəyimiz hava hücumundanmüdafiə raketləri bu çətinliklərin öhdəsindən gəlməkdə vəinsanların həyatını qorumaqda böyük köməkdir.
Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərindəişləyəcəkləri məsələləri, eləcə də mart ayının əvvəlindəkeçiriləcək tam üçtərəfli danışıqlar qruplarının növbəti görüşünəhazırlıqları müzakirə etdik.
Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçməyəimkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığınıdəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin vənəhayət müharibəyə son qoymağın yeganə yolu budur.
Təşəkkür edirəm!”, - Zelenski paylaşımda qeyd edib.