Sərbəst güləşçilərimiz Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində üç medal qazanıblar.
"Football-plus.az" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəşid Babazadə reytinq turnirində finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə (0:10) məğlub olub.
İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Akşay Tanaci Dhereyə 9:2 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.
Arseniy Djioyev (86 kq) üçüncü yer uğrunda qarşılaşmada amerikalı ikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deykə 4:1 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта