RU

Berlin "vahid Çin" prinsipinə sadiqliyini təsdiqlədi » AzadMedia.az


Almaniya "vahid Çin" prinsipinə sadiqliyini təsdiqləyib. Bu barədə ÇXR və AFR-in birgə bəyanatında deyilir, məlumatı RİA Novosti yayıb.
"Almaniya tərəfi vahid Çin siyasətinə sadiqliyini təsdiqləyib", — bəyanatda qeyd olunur.
Çərşənbə günü Pekində ÇXR sədri Si Cinpin və AFR kantsleri Fridrix Mers arasında danışıqlar baş tutub.
Ötən ilin dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Tayvan boğazında vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya ÇXR-i dəstəkləyəcək. Nazir diqqətə çatdırıb ki, bu cür vəziyyətlərdə hərəkət qaydaları Moskva və Pekin arasında ikitərəfli münasibətlər üçün təməl sənəd olan 16 iyul 2001-ci il tarixli "Xoşqonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilə"də təsbit edilib.
"Bloomberg" agentliyi xəbər vermişdi ki, ABŞ Tayvana 11 milyard dollar dəyərində silah satacaq. Tədarük paketinə dəyəri 4,05 milyard dollara qədər olan HIMARS yaylım atəşli reaktiv sistemləri, həmçinin ümumi dəyəri təxminən 4 milyard dollar olan özüyeriyən haubitsalar daxil olacaq.
Избранный
10
1
azadmedia.az

2Источники