Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə Demokrat.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.