RU

“Moskva Ermənistanı itirmək istəmir” ŞƏRH

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Fuad Abbasov: “Ermənistan Paşinyan dövründə Rusiya və Qərb arasında iki yerə bölünüb”

Son zamanlar Ermənistanda, rusmeyilli qüvvələr Azərbaycanla sülh prosesini pozmağa çalışırlar. Bu barədə İrəvanın siyasi dairələrində diskussiyalar intensivləşib. “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan Rusiyanın Ermənistandakı əlaltıları vasitəsilə Azərbaycanla sülh prosesini pozmağa çalışdığını açıqlayıb.

Partiya sədri, bu məsələdə erməniəsilli rusiyalı milyarder Samvel Karapetyan və komandasının əli olduğunu bildirib. Onun sözlərinə görə, Karapetyanın maskası çıxarılsa, altından Vladimir Solovyov, Marqarita Simonyan və Putinin siması görünəcək. Partiya sədri onu da qeyd edib ki, Rusiya, Azərbaycanla sülh prosesini iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri vasitəsilə dayandırmaq istəyir.

Mövzu ilə bağlı Politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, Ermənistan ictimaiyyəti Paşinyanın iqtidara gəlməsindən bu yana, Rusiya və Qərb tərəfdarları olaraq iki yerə parçalanıb:

“Aydındır ki, Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistanın xarici siyasət kursunda Qərbə inteqrasiya meyilləri güclənib. Bu yanaşma Avropa strukturları ilə əməkdaşlığın dərinləşdirilməsi və Rusiyadan asılılığın mərhələli şəkildə azaldılması strategiyasına əsaslanır. Lakin Paşinyanın rəqibləri olan keçmiş prezidentlər, Robert Koçaryan və Serj Sarkisyan ətrafında birləşən siyasi qüvvələr Moskvanın hökmüranlığının davam etməsini tələb edirlər. Azərbaycanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də regional kommunikasiyaların açılması məsələləri Ermənistan daxilindəki geosiyasi ziddiyyətlər səbəbindən ləngiyir”.  

Politoloqun sözlərinə görə, müxalif qüvvələr Azərbaycanın şərtinə əsasən, Ermənistan konstitusiyasının dəyişdirilməsinə heç vaxt razılıq verməyəcəklər:

“Onlar mümkün qədər təxribat və ya digər məsələlərlə bu prosesə qarşı çıxmağa çalışacaqlar. İrəvanın Qərb dünyası ilə yaxınlaşması Rusiyanı narahat edir. Çünki Moskva, əlaltısı olan Ermənistanı itirmək istəmir. Rusiya Cənubi Qafqazı öz təhlükəsizlik və təsir zonasının mühüm elementi hesab edir. Keçən 30 il ərzində Ermənistan, Rusiyanın təsiri altında olduğuna görə bölgədən keçən bütün imkanlardan məhrum qaldı. Ermənistan ictimaiyyəti yaxşı anlayır ki, Rusiya siyasi, iqtisadi və informasiya alətlərindən istifadə etməklə ölkəni öz təsir dairəsində saxlamağa çalışır. Vaxtı ikən Rusiya Erməniəsilli rusiyalı milyarder Samvel Karapetyan və Azərbaycanda həbsdə olan erməniəsilli kəşfiyyatçı, Georgi Vartanyanı Ermənistanda hakimiyyətə gətirməyi planlaşdırırdılar”. 

F.Abbasov bu fiqurların Moskvanın göndərdiyi agentura şəbəkəsinin üzvləri olduğunu bildirir:

“Karapetyan Rusiyanın ən böyük “Tashir Groub” şirkətinin rəhbəridir. Təsadüfi deyil ki Rusiya dövlət mediasında siyasi tok-şouların aparıcısı kimi tanınan Vladimir Solovyov, Karapetyanla yaxın dostdur. Karapeytan Azərbaycana qarşı formalaşan düşüncələrini Solovyov vasitəsilə dilə gətirir. Moskva Ermənistanda müxtəlif təxribatlar törətməyə davam edəcək. Rusiya soyuq müharibədən bu yana istədiklərini, diplomatik yolla əldə etmədiyi halda, təxribat metodlarını işə salmağa başlayır. Əgər Moskvanın məkrli planları baş tutmasa, Cənubi Qafqaz tamamilə dəyişəcək. Azərbaycan Gürcüstan və Ermənistan qarşılıqlı şəkildə faydalı əməkdaşlıq modelini formalaşdıra bilsələr, Cənubi Qafqaz nəqliyyat, enerji və logistika baxımından Avrasiya məkanında strateji körpüyə çevriləcək”. 

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
sherg.az

1Источники