RU

Zərərvericilərə qarşı mübarizə necə aparılmalıdır? Samuxda mütəxəssislərlə görüş

ain.az, Azertag saytına istinadən bildirir.

Samux, 25 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Samuxda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Agentliyin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, icra nümayəndələri, bələdiyyə üzvləri və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Samux rayonu əhalisi arasında zərərvericilərin yayılmasına qarşı maarifləndirmə işlərinin aparılması və onların mövcud qışlama ocaqlarının ləğv edilməsidir.

Çıxışlarda bildirilib ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərvericidir. Onunla mübarizə kompleks şəkildə – aqrotexniki, mexaniki, kimyəvi və bioloji üsulların birlikdə tətbiqi ilə aparılmalıdır. Fermerlərin maarifləndirilməsi və vaxtında tədbir görülməsi məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynayır.

Vurğulanıb ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılması vacibdir.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники