RU

İmişlidə vəzifəli şəxs bədbəxt hadisə nəticəsində öldü FOTO

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayonunda bədbəxt hadisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İmişli şəhər sakini, 1974-cü il təvəllüdlü Sərvər Şirinov bir neçə gün əvvəl evində yıxılıb. Nəticədə o aldığı xəsarətlər nəticəsində bu gün yaşadığı evdə dünyasını dəyişib. Məlumata görə, S. Şirinov bu müddət ərzində 2 dəfə xəstəxanaya müraciət edib.

Qeyd edək ki, mərhum uzun müddət idi ki, İmişli Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Unikal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
bakivaxti.az

4Источники