ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə aksiyası təşkil edib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və ekokönüllülər iştirak edib.
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.