RU

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və İsrailin Azərbaycandakı səfiri Ronen Kraus arasında keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın perspektivləri, innovasiyaların tətbiqi və sektora dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.

Nazirlikdən XQ-yə verilən məlumata görə, görüşdə nazirin cari ilin yanvarında İsrailə rəsmi səfəri çərçivəsində akvakultura, heyvandarlıq və süd emalı üzrə qabaqcıl mərkəzlərin təcrübəsinin öyrənilməsi ilə başlayan müsbət dinamika yüksək qiymətləndirilib. Tərəflər kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasını, sahəvi İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsini, həmçinin toxumçuluq və heyvandarlıq sahələrində İsrail texnologiyalarının transferini prioritet istiqamətlər kimi müəyyən ediblər. Eyni zamanda, aqrar tədqiqat proqramlarının miqyasının böyüdülməsi və praktiki təcrübə mübadiləsinin intensivləşdirilməsinə xüsusi önəm verilib.

Yekunda tərəflər kənd təsərrüfatı sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu bir daha təsdiqləyiblər.

Избранный
1
1
xalqqazeti.az

2Источники