Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı geniş məsələləri müzakirə ediblər.