Ajans.az xəbər verir ki,bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib. "Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının logistika komandanı, polkovnik Andrey Ukrainets və Jitomir vilayətinin Təhlükəsizlik Xidməti İdarəsinin rəisi, polkovnik Vladimir Kompaniçenkonu 320 000 dollar rüşvət aldıqlarına görə saxlayıb. İstintaqın versiyasına görə, onlar aerodromlar üçün qoruyucu qurğularının tikintisindən əldə edilən vəsaitlərin mənimsənilməsini təşkil ediblər", - deyə Aleksey Qonçarenko bildirib.