RU

Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bəyan edib

Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın rəsmi mənbələri məlumat yayıb.

İran hakimiyyəti universitetlərdə keçirilən etiraz aksiyaları zamanı tələbələrin irəli sürdüyü tələblərə cavab verməyə hazırdır. Bunu ölkə prezidenti Məsud Pezeşkian bildirib.

Prezidentin sözlərinə görə, etirazlar sosial həyatın dinamizminin göstəricisidir: “Biz universitetləri ziyarət etməyə və tələbələrlə birbaşa ünsiyyət qurmağa hazırıq. Bizim vəzifəmiz etirazçıları dinləmək, qaldırılan məsələlərin və problemlərin həlli üçün tədbirlər görməkdir”.

Məsud Pezeşkian həmçinin vurğulayıb ki, hökumət üzvləri universitetlərdə tez-tez iştirak etməli və ölkədə dialoq mühitini möhkəmləndirməlidirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники