RU

"Milan"da gərginlik: İbrahimoviçlə arası pisləşib

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri cari mövsümün sonunda komandadan ayrılmaq variantını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, mütəxəssisin klubdakı vəziyyətdən narazılığı getdikcə artır. Bu narazılıq transfer siyasəti və rəhbərlikdəki xaosla bağlıdır. “Milan”ın əsas menecerləri Cyorcyo Furlani və Zlatan İbrahimoviç ilə münasibətlər son bir neçə ayda ciddi şəkildə pisləşib.

Buna baxmayaraq, Alleqri mövsümün sonuna qədər komandada qalmaq və rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsədi – Çempionlar Liqasına vəsiqə qazanmağı yerinə yetirmək niyyətindədir.

Избранный
20
publika.az

1Источники