RU

Şagirdlərin yerdəyişməsinə başlanıldı

Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilir. 

“Cebheinfo.az” xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

Qeyd edək ki, 25 fevral 2026-cı il tarixindən etibarən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-cı il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək yenidən aktiv edilməyəcək.

Избранный
7
49
cebheinfo.az

10Источники