Ofelya Şabanova barəsində yayılan “efir qadağası” iddialarına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videomüraciətdə müğənni bəzi səhifələrin məlumatını təkzib edib:
“Başlıq qoyublar ki, “Ofelya Şabanovaya efir qadağası qoyuldu”. Niyə yalan danışırsınız? Mənə efir qadağası qoyulmayıb”.
Müğənni qeyd edib ki, hazırda diş-damaq problemi ilə əlaqədar müalicə alır və implant əməliyyatı keçirdiyi üçün təxminən 10 gün TV-də görünməyəcək.